"MiniBoss Business School" Bakıda ikinci ünvanda fəaliyyətə başlayır

Cəmiyyət Xəbər 15 Oktyabr 2026 11:00 (UTC +04:00)
"MiniBoss Business School" Bakıda ikinci ünvanda fəaliyyətə başlayır

Bakı.Trend:

"MiniBoss Business School" Bakıda ikinci ünvanda fəaliyyətə başlayır. 6–17 yaşlı uşaqlar üçün sahibkarlıq üzrə intensiv kurslara qeydiyyat başlayır.

"MiniBoss Business School" Bakıda fəaliyyətini genişləndirərək uşaqlar və yeniyetmələr üçün sahibkarlıq üzrə intensiv kurslara yeni ünvanda qeydiyyat elan edir. Artıq Atatürk prospekt 134 ünvanında da təşkil olunan proqram çərçivəsində şagirdlər biznes ideyaları yaratmağı, məhsul və brend hazırlamağı, marketinq və satışın əsaslarını, maliyyə savadlılığını və komanda şəklində işləməyi öyrənəcəklər.

O cümlədən, praktiki tapşırıqlar və layihələr vasitəsilə onlar ideyalarını inkişaf etdirməyi və öz layihələrini təqdim etməyi təcrübədən keçirməyi öyrənəcəklər.

İntensiv kurs proqramına biznesin əsasları, büdcənin planlaşdırılması, PR və marketinq, satış və inkişaf strategiyaları və büdcənin planlaşdırılması kimi mövzular daxildir.

Şagirdlər Startup Forumlarında, eləcə də milli və beynəlxalq sahibkarlıq çempionatlarında iştirak edərək öz layihələrini təqdim etmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər. Yeni filialın şagirdləri də bu imkanlardan yararlanaraq milli və beynəlxalq çempionatlarda iştirak edə, öz biznes ideyalarını təqdim edə və beynəlxalq səviyyədə təcrübə qazana biləcəklər.

Qeyd edək ki, MiniBoss Business School dünyanın 27 ölkəsində 70-dən çox filialı olan beynəlxalq təhsil şəbəkəsidir. Məktəbin tədris metodologiyası 6–17 yaşlı uşaqların sahibkarlıq potensialının üzə çıxarılmasına, liderlik bacarıqlarının inkişafına və biznes düşüncəsinin formalaşdırılmasına yönəlib.

Hər akademik il MiniBoss tələbələri Startup Forum, eləcə də Startaplar üzrə milli və beynəlxalq çempionatlarda iştirak edərək layihələrini təqdim etmək və beynəlxalq təcrübə qazanmaq imkanı əldə edirlər.

Proqram çərçivəsində şagirdlər yalnız biznes ideyaları yaratmaq və layihələr hazırlamaqla kifayətlənmirlər. Onlar öz layihələrini həyata keçirmək üçün real qrantlar əldə edir, ideyalarını real biznes təşəbbüslərinə çevirir və layihələri vasitəsilə ilk gəlirlərini qazanmağa başlayırlar. Bu təcrübə uşaqlara sahibkarlığın praktiki tərəflərini öyrənmək, maliyyə məsuliyyətini anlamaq və gələcək biznes fəaliyyətləri üçün möhkəm təməl formalaşdırmaq imkanı yaradır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti