Azərbaycana 16 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Hadisə Xəbər 15 Oktyabr 2026 16:11 (UTC +04:00)
Azərbaycana 16 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-də DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd axtarışı və əməliyyat tədbirləri keçirilib.

Tədbirlər nəticəsində 16 kiloqram 600 qram narkotik vasitə və 1970 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti