Türkiyənin 6 vilayətində dərslər bu səbəbdən ləğv olundu (FOTO)

Dünya xəbərləri Xəbər 15 Oktyabr 2026 10:21 (UTC +04:00)
Türkiyənin 6 vilayətində dərslər bu səbəbdən ləğv olundu (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin 6 vilayətində yağışlara görə dərslərə fasilə verilib

Türkiyə Meteorologiya Baş İdarəsinin məlumatına görə, bəzi ərazilərdə leysan xarakterli yağışlarla bağlı sarı xəbərdarlıq qüvvədədir.

Güclü yağışların bu gün də davam edəcəyi gözlənilir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbul, Kocaeli, Yalova, Sakarya, Zonquldak və Düzce vilayətlərində oktyabrın 15-də bütün məktəblərdə dərslər bir günlük dayandırılıb.

Sakarya vilayətində güclü yağışla bağlı narıncı kodlu xəbərdarlıq edilib. Yalovada isə yağış və güclü külək səbəbindən bəzi dövlət qulluqçuları inzibati məzuniyyətə buraxılıb, motosiklet və skuter kimi ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Yalovanın Armutlu rayonunda yağan güclü yağış bəzi yollarda su yığılmasına səbəb olub. Nəticədə sürücülər hərəkətdə çətinlik çəkiblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti