Beşqat NBA çempionu Don Nelson vəfat edib

İdman Materials 10 Avqust 2026 02:43 (UTC +04:00)
Beşqat NBA çempionu Don Nelson vəfat edib

Bakı. Trend:

Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu və ABŞ milli komandasının keçmiş baş məşqçisi Don Nelson 87 yaşında vəfat edib.

Bu barədə jurnalist Mark Steyn ailənin bəyanatına istinadən məlumat yayıb.

“Bazar günü səhər sevimli həyat yoldaşımız, atamız, babamız və ulu babamız Don Nelson onu sevən ailəsinin əhatəsində sakit şəkildə dünyasını dəyişdi”, - deyə Steyn Nelson ailəsinin bəyanatını sitat gətirib.

Nelson basketbolçu kimi “Çikaqo Zephyrs”, “Los-Anceles Leykers” və “Boston” komandalarında çıxış edib. O, bütün beş çempionluq titulunu “Boston”un heyətində qazanıb.

Baş məşqçi kimi isə “Milwaukee”, “Golden State”, “New York” və “Dallas” komandalarında çalışıb. Mütəxəssis üç dəfə NBA-da ilin ən yaxşı baş məşqçisi seçilib (1983, 1986, 1992).

1994-cü ildə onun rəhbərlik etdiyi ABŞ milli komandası dünya çempionu olub.

2012-ci ildə D. Nelson Basketbol Şöhrət Zalına daxil edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti