Avropa liderləri Aİ-də miqrasiya siyasətinin sərtləşdirilməsini tələb edirlər

Dünya xəbərləri Materials 10 Avqust 2026 16:28 (UTC +04:00)
Avropa liderləri Aİ-də miqrasiya siyasətinin sərtləşdirilməsini tələb edirlər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqında (Aİ) miqrasiya siyasəti sərtləşdirilməlidir.

Bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen öz sosial şəbəkə hesabında yazıb. O bu məsələdə İtaliyalı həmkarı Corcia Meloni ilə həmrəy olduğunu söyləyib.

“Avropaya nəzarətsiz miqrasiyaya yol verməyəcəyik. Həm ölkə daxilində, həm də Avropada sərt immiqrasiya siyasəti məsələsində aparıcı mövqe tuturuq. Heç kim qanunsuz miqrasiyanın cəmiyyətimiz üçün mənfi nəticələrə səbəb olduğunu inkar edə bilməz. Cinayətkarlıq artır, sosial təminat sistemimizə təzyiq göstərilir və cəmiyyətin etimadı zəifləyir”, – deyə Frederiksen və Meloni “Facebook”da birgə paylaşımda bildiriblər.

Baş nazirlərin sözlərinə görə, onlar bütün məsələlərdə eyni fikirdə deyillər, lakin onları “Avropanın qayğısına qalmaq istəyi” birləşdirir. Frederiksen və Meloni hesab edirlər ki, Aİ-dən daha çox insan deportasiya edilməli və üçüncü ölkələrdə deportasiya mərkəzləri yaradılmalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti