Filippində tropik siklonlar nəticəsində 13 nəfər ölüb, yaralanan və itkin düşənlər var

Dünya xəbərləri Materials 10 Avqust 2026 17:33 (UTC +04:00)
Filippində tropik siklonlar nəticəsində 13 nəfər ölüb, yaralanan və itkin düşənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Filippində güclü cənub-qərb mussonu və ölkənin bəzi bölgələrində tropik siklonların təsiri nəticəsində azı 13 nəfər həlak olub, 14 nəfər yaralanıb, daha 9 nəfər isə itkin düşmüş hesab olunur.

Bu barədə “Manila Bulletin” qəzeti respublikanın Mülki Müdafiə İdarəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət ölkənin 10 bölgəsində 1,3 milyondan çox insana təsir edib. Axtarış-xilasetmə əməliyyatlarının aparılmasına ordu, polis və yanğından mühafizə qüvvələri cəlb olunub.

Təxliyə mərkəzlərində 58 mindən çox insan yerləşdirilib, daha 40 minə yaxın şəxs isə müvəqqəti yerləşdirmə məntəqələrindən kənarda yardım alır. Təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti