Bakı. Trend:
İlon Mask Texasda gələcək "Terafab" çip istehsalı zavodunun layihəsini nümayiş etdirib.
“Texasdakı "Terafab" Yer kürəsinin ən böyük və ən dəyərli binası olacaq”, - deyə o, X sosial şəbəkəsində müvafiq videonu paylaşaraq yazıb.
SpaceX-in saytında qeyd olunub ki, zavodun sahəsi təxminən 9,3 milyon kvadratmetr olacaq. Beləliklə, Terafab dünyanın ən böyük çip istehsalı zavoduna çevriləcək. Məlumata görə, burada istehsal olunacaq çiplər insanabənzər Optimus robotlarında, Cybercab robotaksilərində, həmçinin SpaceX-in kosmik məlumat emalı mərkəzlərində istifadə ediləcək.
Martın 22-də Mask mikroçiplərin istehsalı üzrə Terafab layihəsinin başladığını rəsmən elan edib. O bildirib ki, Terafab ona məxsus Tesla, xAI və SpaceX şirkətlərinin birgə layihəsi olacaq.