Bakı.Trend:
Oman sahilləri yaxınlığında 1 milyon barrel neft daşıyan və sanksiyalar altında olan “Caroline Bezengi” neft tankeri batır.
Bu barədə “Arab News” peyk görüntülərinə istinadən məlumat yayıb.
Gəmi təxminən iki ay əvvəl Omanının cənub-qərbində, Kibliya adası yaxınlığındakı qorunan ərazidə saya oturub.
Nəşrin yaydığı peyk görüntülərində, demək olar ki, 800 kvadratkilometr ərazini əhatə edən neft çirklənməsi qeydə alınıb.
