ABŞ Hörmüz boğazı vasitəsilə enerji təchizatını artırmağa çalışır - Cey Di Vens

Dünya xəbərləri Materials 8 Avqust 2026 20:23 (UTC +04:00)
ABŞ Hörmüz boğazı vasitəsilə enerji təchizatını artırmağa çalışır - Cey Di Vens

Bakı. Trend:

ABŞ Hörmüz boğazından nəql olunan neft və qazın həcmini maksimum dərəcədə artırmaq üçün İranla danışıqları davam etdirir.

Bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News" televiziya kanalına müsahibəsində deyib.

"Əlbəttə ki, danışıqlar aparırıq. Hörmüz boğazından keçən neft və qazın miqdarını maksimum dərəcədə artırmağa çalışırıq; hazırda əsas diqqətimiz buna yönəlib", - deyə o bidirib.

Onun sözlərinə görə, ABŞ münaqişədən "bizə lazım olanı" əldə etməyə çalışır.

Vens bir daha qeyd edib ki, ABŞ İranın nüvə proqramını məhv edib və ölkənin hərbi imkanlarını əhəmiyyətli dərəcədə azaltıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti