Yəmən HHM qüvvələri Husilərin buraxdığı pilotsuz uçuş aparatlarını zərərsizləşdirib

Dünya xəbərləri Materials 7 Avqust 2026 13:31 (UTC +04:00)
Yəmən HHM qüvvələri Husilərin buraxdığı pilotsuz uçuş aparatlarını zərərsizləşdirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yəmən ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri "Ənsar Allah" hərəkatına mənsub husilər tərəfindən Mərib şəhəri istiqamətində buraxılmış pilotsuz uçuş aparatlarını vurub.

Bu barədə Yəmən dövlət mediası məlumat yayıb.

Öz növbəsində, “Al-Mashhad al-Yemeni” xəbər portalı bildirib ki, avqustun 7-də səhər saatlarında husilər Mərib şəhərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə də zərbə endiriblər.

Bundan əvvəl hökumət qüvvələrinin birgə operativ komandanlığı üsyançıların Mərib və Hadramaut əyalətlərində ordunun mövqelərinə hücumları nəticəsində 17 hərbçinin həlak olduğunu, bir neçə nəfərin isə yaralandığını açıqlamışdı.

Avqustun 6-da husilər ölkənin şərqində yerləşən hərbi düşərgələrə raketlər və pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum həyata keçiriblər. “Al Hadath” telekanalının məlumatına görə, Mərib və Hadramaut əyalətlərində baş verən bu hücumlar nəticəsində azı 45 yəmənli hərbçi həlak olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti