İspaniyada miqrant qaçaqçılığı ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib

Dünya xəbərləri Materials 7 Avqust 2026 12:50 (UTC +04:00)
Migrants
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın hüquq-mühafizə orqanları Avropolun (Europol) dəstəyi ilə Aralıq dənizi regionunda fəaliyyət göstərən ən iri cinayətkar qruplaşmalardan birini zərərsizləşdirib.

Bu barədə İspaniyanın Mülki Qvardiyasının yaydığı bəyanatda bildirilib.

Məlumata əsasən, cinayətkarlar yüksək sürətli katerlərdən istifadə edərək İspaniyadan Əlcəzairə narkotik vasitələr qaçaqmalçılığı ilə məşğul olub, geri dönüşdə isə qanunsuz miqrantların daşınmasını həyata keçiriblər.

Əməliyyat zamanı polis 78 nəfəri saxlayıb, onlardan 27-si barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq müəyyən edib ki, cinayətkar qrup azı 64 qeyri-qanuni daşınma partiyası həyata keçirib və İspaniya sahillərinə 2 mindən çox qanunsuz miqrant gətirib. Həddindən artıq dolu qayıqlarla həyata keçirilən səfərlərin bir nəfər üçün qiyməti 12 min avroya qədər çatıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar təşkilat bu qanunsuz fəaliyyətdən 24 milyon avrodan çox gəlir əldə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti