Bakı. Trend:
Avqustun 7-də Bakının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar 07.08.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə. Dadaşov, Y. Saratov, M. Kalinin, Ş. Rustaveli, M. İbrahimov küçələrinin və Bakıxanov qəsəbəsinin M. Əmirov, R. Qəmbərov, R. Axundov, S. Qocayev, K. Kamilov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.