Gürcüstanda elektrik verilişi tam bərpa olunub

Dünya xəbərləri Materials 6 Avqust 2026 09:59 (UTC +04:00)
Gürcüstanda elektrik verilişi tam bərpa olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanda elektrik təchizatı ilə bağlı problem tam aradan qaldırılıb.

Gürcüstanın Dövlət Elektrik Sisteminin mətbuat xidmətinin bildirdiyinə görə, elektrik cərəyanının verilişi tamamilə bərpa olunub və ölkədə hazırda işıqsız qalan bir abunəçi belə yoxdur.

Bütün strateji və həyati-əhəmiyyətli obyektlər və müəssisələrin gücləndirilmiş iş rejimində işlədiyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl avqustun 5-də axşam saat 20:10-dan etibarən paytaxt Tbilisi daxil olmaqla, ölkənin əksər bölgələri işıqsız qalmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti