“Karadeniz Holding” ilə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)

İqtisadiyyat Press-reliz 23 Sentyabr 2026 20:31 (UTC +04:00)
“Karadeniz Holding” ilə əməkdaşlıq məsələləri müzakirə olunub (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “Karadeniz Holding”i ilə investisiya imkanları və birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “Karadeniz Holding”inin İdarə Heyəti sədrinin müavini Orhan Remzi Karadeniz ilə görüşüb.

Görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişafı, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, enerji sektorunda əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran potensial layihələr barədə fikir mübadiləsi aparılıb.

Tərəflər enerji sahəsində yeni əməkdaşlıq istiqamətlərini, investisiya imkanlarını və birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, “Karadeniz Holding” 1948-ci ildə ağır sənaye maşınqayırması və məhsullarının ticarəti ilə fəaliyyətə başlayıb. Şirkət sonrakı dövrdə fəaliyyət istiqamətlərini genişləndirərək enerji, maliyyə, daşınmaz əmlak və gəmiqayırma sahələrində layihələr həyata keçirib.

Şirkətin təqdim etdiyi məlumata görə, “Karadeniz Holding” hazırda 20-dən çox ölkədə fəaliyyət göstərir və 3 mindən çox işçisi var. Şirkətin donanmasına 45 güc gəmisi daxildir.

“Karadeniz Holding”in fəaliyyətinin əsas istiqamətlərindən biri enerji sektorudur. Şirkətin məlumatına əsasən, ümumi quraşdırılmış gücü 8 500 meqavat təşkil edir. Donanmada 11 LNG gəmisinin olduğu bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti