Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır - Si Cinpin

Dünya xəbərləri Xəbər 24 Sentyabr 2026 06:29 (UTC +04:00)
Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır - Si Cinpin

Bakı. Trend:

Çin və ABŞ milli inkişaf məqsədlərinə nail olmaq üçün rəqabət aparan tərəflər deyil, tərəfdaşlar kimi çıxış etməlidir.

Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ-a dövlət səfərinin ilk günündə Çin Mərkəzi Televiziyası tərəfindən yayımlanan yazılı müraciətində bildirib.

“Çin və ABŞ böyük Çin xalqının dirçəlişinə nail olmaq və Amerikanı yenidən möhtəşəm etmək məqsədlərinə çatmaq üçün rəqib deyil, tərəfdaş olmalıdır”, — deyə Si Cinpin qeyd edib.

Çin liderinin sözlərinə görə, hər iki ölkə bir-birinə doğru addımlar atmalı və əməkdaşlığın əsas rol oynadığı, rəqabətin idarə olunduğu, fikir ayrılıqlarının nəzarətdə saxlanıldığı və sülh perspektivinin qorunduğu sabit münasibətlərin formalaşmasına çalışmalıdır.

O vurğulayıb ki, dünya dəyişir və zaman yeni mərhələyə qədəm qoyur. Bununla belə, Çin və ABŞ arasında dinc yanaşı yaşamağın tarixi məntiqi dəyişməz olaraq qalır.

“Çin və ABŞ xalqlarının dostluğa olan səmimi istəyi, eləcə də beynəlxalq ictimaiyyətin hər iki ölkə ilə bağlı ümumi gözləntiləri dəyişməz olaraq qalır”, — deyə Si Cinpin bildirib.

Xəbər lenti

Xəbər lenti