Bakı.Trend:
Cənubi Afrika Respublikasının cənub-şərqində yaşayış evlərinin birində baş verən atışma nəticəsində hamilə qadın da daxil olmaqla, azı 11 nəfər qətlə yetirilib.
Bu barədə yerli "EWN" radiostansiyası məlumat yayıb.
Daha 4 nəfərin yaralandığı bildirilir.
Üç naməlum şəxs çərşənbə gününə keçən gecə Durban şəhərinin cənub ətrafında yerləşən Kamakuta qəsəbəsindəki evlərdən birinə daxil olaraq atəş açıb. Nəticədə 10 kişi və 1 qadın öldürülüb.
Polis hadisənin rəqib quldur dəstələr arasında qarşıdurma ilə əlaqəli ola biləcəyini ehtimal edir. Hücum edən şəxslərin axtarışı davam edir.
