Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Siyasət Xəbər 23 Sentyabr 2026 03:45 (UTC +04:00)
Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

Nazirlər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirib, iki ölkə arasında mühüm siyasi dialoqu vurğulayıblar.

Tərəflər beynəlxalq platformalarda milli maraq doğuran məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti