Azərbaycan və Banqladeş xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzalayıblar.

Siyasət Xəbər 22 Sentyabr 2026 23:46 (UTC +04:00)
Azərbaycan və Banqladeş xidməti pasport sahibləri üçün vizaların ləğvi haqqında saziş imzalayıblar.
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, bu sənəd rəsmi təmasların genişləndirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dəyərli töhfə verəcək.

İmzalanma mərasimindən sonra nazirlər Azərbaycan–Banqladeş münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, siyasi dialoqun gücləndirilməsinə, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsinə, həmçinin təhsil və humanitar sahələrdə əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetiriblər.

Xəbər lenti

Xəbər lenti