Çinin ÜDM-i birinci yarımildə 4,7 faiz artıb - Lu Mey

Siyasət Xəbər 23 Sentyabr 2026 19:46 (UTC +04:00)
Çinin ÜDM-i birinci yarımildə 4,7 faiz artıb - Lu Mey
Nilcan Baxşəliyeva
Nilcan Baxşəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Çinin ÜDM-i 2026-cı ilin ilk yarısında 4,7 faiz artıb ki, bu da ölkənin cari il üçün müəyyən etdiyi iqtisadi artım hədəflərinə uyğundur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, barədə Çinin Azərbaycandakı səfiri Lu Mey Çinin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

“Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın mühüm hərəkətverici qüvvəsi olaraq qalır və son illərdə qlobal iqtisadi artımın təxminən 30 faizini təmin edib”, - Lu Mey deyib.

Səfirin sözlərinə görə, Çin iqtisadiyyatının geniş daxili bazarı, güclü istehsal potensialı, inkişaf etmiş infrastrukturu, əhəmiyyətli insan resursları, eləcə də hərtərəfli sənaye və istehsal-paylama sistemi sayəsində gələcək inkişaf üçün möhkəm təməli var.

“Çin dünyanın 150-dən çox ölkəsi üçün əsas ticarət tərəfdaşıdır”, - Lu Mey qeyd edib.

O vurğulayıb ki, Çin iqtisadiyyatının dayanıqlılığı və davamlı artımı qlobal iqtisadi sabitliyə töhfə verəcək və qlobal iqtisadiyyat üçün daha böyük əminlik yaradacaq.

Səfir həmçinin Çinin elmi və texnoloji innovasiyalardakı rolunu qeyd edib və vurğulayıb ki, bu sahədə əldə olunan nailiyyətlər getdikcə daha çox sənaye və istehsalda tətbiq olunur və iqtisadi artım üçün yeni mənbələr yaradır.

Lu Mey əlavə edib ki, Çin texnoloji innovasiyalarını beynəlxalq ictimaiyyətlə bölüşməyə hazırdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti