Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünike imzalanıb (FOTO)

Siyasət Xəbər 23 Sentyabr 2026 17:45 (UTC +04:00)
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünike imzalanıb (FOTO)
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünike imzalanıb.

Bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında BMT Baş Assambleyasının 81-ci sessiyası (UNGA81) çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Afrika Respublikasının Xarici İşlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar naziri Silvi Baïpo-Temon ilə görüşünə dair paylaşımda qeyd edilib.

Bildirilib ki, tərəflər - Azərbaycanla Mərkəzi Afrika Respublikası ikitərəfli münasibətlərinin inkişaf perspektivlərini müzakirə edib, Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə, siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsinə verdiyi strateji əhəmiyyəti vurğulayıblar.

"BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Nazirlər Mərkəzi Afrika Respublikasından olan tələbələrin İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün yaradılmış Azərbaycanın təhsil təqaüdü proqramlarından faydalanmasını məmnunluqla qeyd ediblər.

Yeni diplomatik münasibətləri rəsmiləşdirmək məqsədilə nazirlər “Azərbaycan Respublikası ilə Mərkəzi Afrika Respublikası arasında Diplomatik Münasibətlərin Qurulması haqqında Birgə Kommünikeni” imzalayıblar.

Bu tarixi sənəd münasibətlərimizdə yeni səhifə açır və qarşıdakı illərdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaradır", - deyə paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti