Böyük Britaniya Fars körfəzində gəmiçiliyi dəstəkləmək üçün Fransa ilə əməkdaşlıq edir

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 05:42 (UTC +04:00)
Böyük Britaniya Fars körfəzində gəmiçiliyi dəstəkləmək üçün Fransa ilə əməkdaşlıq edir

Bakı. Trend:

Böyük Britaniya Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini dəstəkləmək məqsədilə Fransa, eləcə də digər tərəfdaşları ilə əməkdaşlıq edir.

Bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnham bildirib.

“Biz [Fars] körfəzində gəmiçilik azadlığını dəstəkləmək üçün Fransa və digər tərəfdaşlarla işləyirik”, - deyə o, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri zamanı çıxışında bildirib.

Britaniyanın Baş naziri əlavə edib ki, London bu məsələ ilə bağlı qarşılıqlı fəaliyyət göstərmək üçün beynəlxalq koalisiya formalaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti