Zelenski Moskvaya dəvət olunub

Dünya xəbərləri Xəbər 23 Sentyabr 2026 14:35 (UTC +04:00)
Zelenski Moskvaya dəvət olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna məsələsinin sülh yolu ilə nizamlanması ilə bağlı təmaslarda maraqlıdırsa, Moskvaya gələ bilər.

TASS-ın məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

“Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında görüşə gəlincə, bizim mövqeyimiz hamıya yaxşı məlumdur. Putin bildirib ki, Zelenski istəsə, Moskvaya gələ bilər”, - deyə o qeyd edib.

Peskovun sözlərinə görə, Rusiya səfəri zamanı Ukrayna liderinə təhlükəsizlik təminatları verməyə hazırdır. O, həmçinin xatırladıb ki, Zelenski Ukrayna münaqişəsinin həlli üçün hansı qərarların qəbul edilməli olduğunu bilir.

Kremlin rəsmi nümayəndəsi həmçinin bildirib ki, Rusiya Kiyevin sülh danışıqlarının başlanması üçün “ilkin şərtləri əngəlləyən terror fəaliyyətinə baxmayaraq, sülh danışıqlarına açıq mövqeyini qoruyur”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti