Bakı. Trend:
“Formula-1” tədbiri ilə əlaqədar olaraq sentyabrın 23-dən 25-dək Bakı Dövlət Universitetində dərslər distant (məsafədən) formada keçiriləcək.
Bu barədə Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərslər üç gün müddətində distant formada təşkil olunacaq.
Xatırladaq ki, Formula 1" Azərbaycan Qran-Prisi zamanı yarışla əlaqədar müəyyən ərazilərdə nəqliyyat məhdudiyyətləri də tətbiq olunacaq.
Belə ki, ilk məhdudiyyət 19 sentyabr saat 21:00-dan etibarən qüvvəyə minəcək. Puşkin küçəsinin Üzeyir Hacıbəyli küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində tətbiq ediləcək. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.
Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər 20 sentyabr saat 01:00-dan 28 sentyabr saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.
