Yaponiya Azərbaycan iqtisadiyyatına investisiyalarını 5% artırıb

İqtisadiyyat Xəbər 22 Sentyabr 2026 16:28 (UTC +04:00)
Yaponiya Azərbaycan iqtisadiyyatına investisiyalarını 5% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk 6 ayında Yaponiyanın Azərbaycana birbaşa xarici investisiyalarının həcmi 113,488 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamaya görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,501 milyon ABŞ dolları və ya 5,1 faiz çoxdur.

Hesabat dövründə Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyadan reallaşan investisiyaların payı 3,1 faiz təşkil edib.

2025-ci ilin ilk 6 ayında Yaponiyadan Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmi 107,987 milyon ABŞ dollarına bərabər olub.

Bundan əlavə, bu ilin ilk yarımilində Azərbaycanın Yaponiyaya birbaşa xarici investisiyalarının həcmi 3,116 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,733 milyon ABŞ dolları və ya 60,3 faiz azalma deməkdir.

Hesabat dövründə Azərbaycandan birbaşa xarici investisiyaların ümumi həcmində Yaponiyaya reallaşan investisiyaların payı 0,1 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 3,667 milyard ABŞ dollarından çox olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 444,4 milyon ABŞ dolları və ya 13,8 faiz artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,651 milyard ABŞ dolları və ya 3,7 dəfə çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti