Fransada səyyar tibb bacıları yanacağın bahalaşmasına etiraz edir

Dünya xəbərləri Xəbər 21 Sentyabr 2026 16:16 (UTC +04:00)
Fransada səyyar tibb bacıları yanacağın bahalaşmasına etiraz edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Fransada xəstələrə səyyar tibbi xidmət göstərən tibb bacıları yanacağın həddindən artıq bahalaşması səbəbindən bəzi pasiyentlərə xidmət göstərməkdən imtina etməyə məcbur qalırlar.

Bu barədə Fransanın Müstəqil Tibb Bacıları Assosiasiyasının milli koordinatoru Fiona Leryussi "CNews" telekanalının efirində bildirib.

“Vəziyyət getdikcə çətinləşir, pasiyentləri seçirik. Yəni bəzi pasiyentlərdən imtina edirik, halbuki əvvəllər belə hal olmayıb. İndi məsafəni və yol xərclərini nəzərə almaq məcburiyyətindəyik”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda avtomobilin yanacaq çənini tam doldurmaq orta hesabla 25 avro daha baha başa gəlir.

Bir gün əvvəl Fransada dizel yanacağının orta qiyməti litrə 2,41 avroya çataraq rekord həddə yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti