Bakı.Trend:
Azərbaycan yeddi ay ərzində Türkiyəyə təxminən 1,5 milyard dollar dəyərində qaz ixrac edib.
Dövlət Statistika Komitəsinin dərc etdiyi “Azərbaycanın 2026-cı ilin yanvar-iyul aylarında xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1,478 milyard dollar dəyərində 5,648 milyard kubmetr təbii qaz (qaz halında) ixrac olunub.
Trend-in Komitənin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracının dəyəri 117 milyon dollar və ya 7,3 faiz, həcmi isə 144 milyon kubmetr və ya 2,5 faiz azalıb. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə 1,595 milyard dollar dəyərində 5,792 milyard kubmetr qaz ixrac edilib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-2025-ci illərdə Azərbaycandan Türkiyəyə təbii qaz ixracının həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
9,850 mlrd. kub.m |
1,684 mlrd ABŞ dolları |
|
2022 |
6,854 mlrd. kub.m |
2,208 mlrd ABŞ dolları |
|
2023 |
10,854 mlrd. kub.m. |
3,682 mlrd ABŞ dolları |
|
2024 |
9,812 mlrd. kub.m. |
2,986 mlrd ABŞ dolları |
|
2025 |
9,688 mlrd. kub.m. |
2,607 mlrd ABŞ dolları |
Agentliyin tərtib etdiyi cədvəldən göründüyü kimi, nəzərdən keçirilən dövrdə Azərbaycandan Türkiyəyə təbii qaz ixracının ən böyük həcmi 2023-cü ildə qeydə alınıb – 10,854 milyard kubmetr. İxracın ən yüksək dəyəri də 2023-cü ildə müşahidə olunub – 3,682 milyard ABŞ dolları.
2022-ci ildə ixracın həcmi nəzərdən keçirilən dövr üzrə minimum səviyyəyə – 6,854 milyard kubmetrə düşüb, 2023-cü ildə isə 58,4 faiz artıb. 2024-cü ildə tədarük 9,6 faiz, 2025-ci ildə isə daha 1,3 faiz azalaraq 9,688 milyard kubmetr təşkil edib.
2023-cü ildə maksimum həddə çatdıqdan sonra ixracın dəyəri də azalıb və 2025-ci ildə 2,607 milyard ABŞ dolları təşkil edib. Bununla belə, bu göstərici 2021-ci ildəki 1,684 milyard ABŞ dolları səviyyəsindən yüksək olaraq qalır.
