Messi Argentina millisində vida oyunu üçün formasını nümayiş etdirib

İdman Xəbər 22 Sentyabr 2026 07:00 (UTC +04:00)
Messi Argentina millisində vida oyunu üçün formasını nümayiş etdirib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi Argentina yığmasının heyətində sonuncu oyunu üçün formasını nümayiş etdirib.

Futbolçu "İnstaqram" sosial şəbəkə hesabında paylaşımını “Sonuncu oyun... Ömürlük forma” sözləri ilə müşayiət edib.

Argentina millisi oktyabrın 7-də Benin yığması ilə qarşılaşacaq. Oyun Buenos-Ayresdəki “Monumental Antonio Vespuçio Liberti” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Messi 2005-ci ildən Argentina millisində çıxış edir. 8 qat "Qızıl top" sahibi yığmanın heyətində 2022-ci il dünya çempionatının, iki Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022) qalibi olub.

2026-cı il dünya çempionatında hücumçu Argentina millisi ilə finala qədər irəliləyib və həlledici görüşdə İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti