Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı (FOTO)

Cəmiyyət Press-reliz 21 Sentyabr 2026 16:11 (UTC +04:00)
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib.

Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.

Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti