Səhiyyə Nazirliyi deputatın fikirlərinə cavab verdi

Cəmiyyət Press-reliz 21 Sentyabr 2026 14:43 (UTC +04:00)
Səhiyyə Nazirliyi deputatın fikirlərinə cavab verdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Milli Məclisin komitə iclasında millət vəkili Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.

Nazirkdən bildirilib ki, Səhiyyə Nazirliyində vətəndaşların qəbulu müəyyən edilmiş qrafik əsasında nazir və digər rəhbər vəzifəli şəxslər tərəfindən həyata keçirilir.

"Nazirliyin rəsmi internet səhifəsində vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar yerləşdirilir.
Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir. Qeyd edək ki, rayon və şəhərlərdə səhiyyə sahəsi ilə bağlı vətəndaş qəbullarının keçirilməsi Səhiyyə Nazirliyinin deyil, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri çərçivəsində həyata keçirilir", - deyə məlumçatda qeyd edilib.

Qeyd edək ki, S.Aran səhiyyə nazirinin qəbuluna düşməyin müşkül olduğunu bildirib. O qeyd edib ki, əvvəlcədən nisbətən yumşaq, zərərsiz çıxışları olan adamları siyahıya alıb içəri buraxırlar, əsl şikayəti olanlar isə nazirə sözünü deyə bilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti