AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar (FOTO)

İqtisadiyyat Xəbər 21 Sentyabr 2026 14:23 (UTC +04:00)
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar (FOTO)

Bakı. Trend:

Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri Bank Respublika-nın dəstəklədiyi sahibkarların təsərrüfatlarını ziyarət ediblər

Bank Respublika-nın beynəlxalq maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığı regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə imkanlarının genişlənməsinə töhfə verməkdə davam edir.

Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının üzvləri Azərbaycana səfərləri çərçivəsində Gəncə şəhərində Bank Respublika-nın maliyyə dəstəyi ilə fəaliyyətlərini uğurla inkişaf etdirən sahibkarlarla görüşüblər.

Bank Respublika rəhbərliyinin də iştirak etdiyi səfər zamanı qonaqlar AİB tərəfindən ayrılmış kredit vəsaitləri hesabına Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarların təsərrüfatlarını ziyarət edərək onların fəaliyyəti, əldə etdikləri nəticələr və gələcək inkişaf planları ilə yaxından tanış olublar.

Görüş beynəlxalq maliyyə resurslarının real sektora yönəldilməsinin və yerli sahibkarlığın inkişafına verdiyi töhfələrin yerində müşahidə olunması baxımından əhəmiyyət daşıyıb.

Bank Respublika beynəlxalq tərəfdaşlıq imkanlarından istifadə etməklə mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyi, yerli bizneslərin dayanıqlı inkişafını təşviq etməyi və ölkə iqtisadiyyatına töhfəsini artırmağı hədəfləyir.

Xəbər lenti

Xəbər lenti