Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov

Gündəm Xəbər 20 Sentyabr 2026 17:39 (UTC +04:00)
Xocavənddə 1 il ərzində 4 500-ə yaxın sakin doğma torpaqlarına qayıdıb - Emin Hüseynov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xocavənd. Trend:

Bu gün həqiqətən də çox əlamətdar gündür. Bu gün Xocavənd Şəhəri Günüdür. Bildiyiniz kimi, 3 il bundan əvvəl lokal antiterror tədbirləri nəticəsində bir sutkadan da az müddətdə işğal altında olan yaşayış məntəqələrimiz, o cümlədən Xocavənd rayonunun böyük hissəsi və Xocavənd şəhəri işğaldan azad edildi.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Bu il ilk dəfədir ki, Xocavənddə Şəhər Günü qeyd olunur. Bundan bir il əvvəl Xocavənd şəhərinə və rayonun digər yaşayış məntəqələrinə Böyük Qayıdış prosesi başlayıb. Köçürülmə prosesi hazırda da davamlı şəkildə həyata keçirilir.

Artıq bu günə qədər Xocavənd rayonunda 4 500-ə yaxın sakin, təxminən 1 083 ailə məskunlaşıb. Cəmi bir il ərzində 8 yaşayış məntəqəsinə insanlar öz doğma, dədə-baba torpaqlarına qayıdıb, burada həyatlarını davam etdirir, yaşayır və qururlar.

Bu gözəl günləri bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik. Qazilərimizə şəfa diləyirik. Rəşadətli Ordumuza, o cümlədən Müzəffər Ali Baş Komandanımıza təşəkkür edirik ki, belə xoşbəxt günləri xalqımıza yaşadır.

Bu gün burada böyük izdiham var. Sakinlərimiz övladları ilə birlikdə Xocavənd şəhərinin Mərkəzi Parkına çıxırlar. Həm şəhər sakinləri, həm də qonaqlar burada təşkil olunan gözəl bayram tədbirində iştirak edirlər.
Bu münasibətlə hər birinizi təbrik edirəm”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti