Şimali Koreya Yapon dənizi istiqamətində daha bir naməlum mərmi buraxıb

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 13:52 (UTC +04:00)
Şimali Koreya Yapon dənizi istiqamətində daha bir naməlum mərmi buraxıb

Bakı. Trend:

Koreya Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisləri Komitəsi KXDR-in (Şimali Koreya) daha bir naməlum mərmi buraxdığını bildirib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bundan əvvəl Seul 20 sentyabr saat 15:00 radələrində KXDR-in Vonsan ərazisindən Yapon dənizi istiqamətində qısa mənzilli ballistik raket buraxdığını bildirmişdi.

Koreya Respublikası hərbçilərinin qiymətləndirməsinə görə, raket təxminən 450 kilometr məsafə qət edib. İlkin məlumatlarda da “naməlum mərmi” ifadəsindən istifadə olunmuşdu.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti