Fransada baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı yaralanıb

Dünya xəbərləri Xəbər 20 Sentyabr 2026 13:23 (UTC +04:00)
Fransada baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı yaralanıb

Bakı. Trend:

Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb.

Bu barədə "BFMTV" telekanalı məlumat yayıb.

İğtişaşlar sentyabrın 19-u axşam saatlarında polis səs-küylü motosiklet yürüşləri təşkil edən bir qrup şəxslə bağlı şikayətlərə görə Rabatri rayonuna gəldikdən sonra başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə yoxlama keçirməyə cəhd ediblər. Sürücülərdən birinin polisin tələblərinə əməl etməkdən imtina etməsindən sonra patrul avtomobili motosikletlə toqquşub. Qəzanın başvermə şəraiti hələlik müəyyən edilməyib.

Motosikletçi ayağından xəsarət alıb və xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur. Avtomobili idarə edən polis əməkdaşı isə saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti