Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Siyasət Xəbər 20 Sentyabr 2026 10:45 (UTC +04:00)
Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 20-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, Nyu Yorka işgüzar səfəri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə baş tutur.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 81-ci sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti