BMT TŞ husilərin Səudiyyə Ərəbistanına hücumları dayandırmasını tələb edib

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 12:37 (UTC +04:00)
BMT TŞ husilərin Səudiyyə Ərəbistanına hücumları dayandırmasını tələb edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

BMT Təhlükəsizlik Şurası husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib, hərbi eskalasiyaya son qoyulmasını tələb edib

Bu barədə "Al-Jazeera" telekanalı məlumat yayıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) husilərin Səudiyyə Ərəbistanına, o cümlədən mülki və enerji infrastrukturuna endirdiyi zərbələri ən sərt şəkildə pisləyib.

BMT TŞ bəyanatında husilərdən hərbi eskalasiyanı dərhal dayandırmağı tələb edib.

Şura üzvləri Qırmızı dəniz və Babül-Məndəb boğazında gəmilərə qarşı hücumları və təhdidləri əvvəlki kimi pislədiklərini bildiriblər.

BMT TŞ Səudiyyə Ərəbistanı ilə həmrəyliyini ifadə edib və ölkənin beynəlxalq hüquqa əsasən özünümüdafiə üzrə ayrılmaz hüququnu təsdiqləyib. BMT qurumu, həmçinin Yəmənin birliyinə, suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiqləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti