ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 02:18 (UTC +04:00)
ABŞ Qrenlandiyada təhlükəsizlik sahəsində daimi nəzarət əldə edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Danimarka Krallığı və Qrenlandiya ilə yeni saziş bağladığını açıqlayıb.

Tramp bu barədə “Truth” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Prezidentin sözlərinə görə, saziş ABŞ-yə Qrenlandiyanın təhlükəsizliyi və digər zəruri sahələr üzərində daimi nəzarət imkanı verir və bunun Vaşinqton üçün əlavə maliyyə xərci olmayacaq.

“ABŞ Qrenlandiyanın və özünün təhlükəsizliyini təmin etmək üçün orada zəruri olan bütün tədbirləri həmişə həyata keçirmək imkanına malik olacaq”, – deyə Tramp bildirib.

O qeyd edib ki, bundan sonra ABŞ-nin yazılı razılığı olmadan heç bir rəqib dövlət Qrenlandiyada hərbi baza yarada, hərbi qüvvə yerləşdirə və ya həssas sahələrə sərmayə yatıra bilməyəcək. Tramp razılaşmanın müddətsiz olduğunu və qüvvədə olma müddətinin başa çatmayacağını vurğulayıb.

ABŞ Prezidenti, həmçinin Qrenlandiyanın uyğun ərazilərində genişmiqyaslı Amerika hərbi mövcudluğunun yaradılması prosesinə dərhal başlanacağını, infrastrukturun inkişafı və tikinti işlərinin yerli əhali ilə əməkdaşlıq şəraitində aparılacağını bildirib.

Xəbər lenti

Xəbər lenti