Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Dünya xəbərləri Xəbər 19 Sentyabr 2026 01:42 (UTC +04:00)
Tramp Si Cinpinlə bir neçə razılaşma əldə etməyə ümid edir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə qarşıdakı görüşdə bir sıra razılaşmalar əldə ediləcəyinə ümid etdiyini bildirib.

Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında tərəflər arasında bir neçə mühüm görüş keçiriləcəyini və müxtəlif razılaşmalar əldə olunacağını deyib.

Süni intellektin təhlükəsizliyi ilə bağlı müqavilələrin imzalanmasının mümkünlüyü barədə suala cavab verən Tramp Si Cinpinlə münasibətlərinin yaxşı olduğunu bildirib.

ABŞ Prezidenti Çin liderinin gələn həftə ABŞ-yə səfər edəcəyini və görüşün uğurlu keçəcəyini gözlədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti