Bakı.Trend:
ABŞ Maliyyə Nazirliyi Belarusun “Lakokraska” və “Bellesbumprom” şirkətlərinin “SDN List” sanksiya siyahısından çıxarıldığını açıqlayıb.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb
Hər iki şirkətin adı cümə axşamı axşam dərc olunan və barələrində məhdudlaşdırıcı tədbirlərin dayandırıldığı şirkətlərin siyahısında yer alıb.
Məlumata görə, sentyabrın əvvəlində Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koul arasında danışıqlar keçirilib.
Danışıqların yekununda Koul ABŞ və Belarus arasında müvəqqəti razılaşmanın əldə edildiyini, həmçinin “Lakokraska” və “Bellesbumprom”a qarşı sanksiyaların götürüləcəyini açıqlayıb. Onun sözlərinə görə, Minsk isə xoşməramlılıq jesti olaraq Belarusun penitensiar müəssisələrində saxlanılan 25 məhbusu azad edəcək.
