Ukrayna münaqişəsinin yaxın zamanda nizamlanması mümkündür - Tramp

Dünya xəbərləri Xəbər 17 Sentyabr 2026 10:34 (UTC +04:00)
Ukrayna münaqişəsinin yaxın zamanda nizamlanması mümkündür - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin yaxın vaxtlarda nizamlanmasının mümkün olduğunu bildirib.

Bu barədə “CBS News” telekanalı məlumat yayıb

Şimali Karolina ştatında çıxışı zamanı Tramp administrasiyasının Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması istiqamətində fəaliyyətini davam etdirdiyini qeyd edib.

“Rusiya ilə Ukrayna arasında nizamlanma üzərində səylə çalışırıq. Mən səkkiz münaqişəni nizamlamışam, lakin ən çətini Rusiya ilə Ukrayna arasındakı münaqişədir”, - deyə ABŞ Prezidenti bildirib.

Trampın sözlərinə görə, Ukrayna böhranı dizel yanacağının qiymətlərinin artmasına da təsir göstərir. “Lakin bütün bunlar çox tez bir zamanda başa çatacaq”, - deyə Ağ Evin rəhbəri bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti