Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib

Dünya xəbərləri Xəbər 16 Sentyabr 2026 10:20 (UTC +04:00)
Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran-ABŞ münaqişəsi fonunda Hörmüz boğazından keçən gəmilərin sayı minimum səviyyəyə düşüb. Sentyabrın 15-də bu strateji əhəmiyyətli su yolundan cəmi dörd gəmi keçib: ikisi boğaza daxil olub, ikisi isə boğazdan çıxıb.

Bu barədə "Reuters" agentliyi "Kpler" analitik şirkətinə istinadən məlumat yayıb.

Analitiklərin qeyd etdiyinə görə, həmin gəmilər arasında neft daşıyan supertankerlər və mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlər olmayıb.

Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl boğazdan gündəlik orta hesabla 125 iri kommersiya gəmisi, o cümlədən quru yük gəmiləri və konteynerdaşıyanlar, neft və qaz tankerləri keçirdi. Bu gəmilər dünya üzrə gündəlik neft və LNG tədarükünün təxminən 20 faizini daşıyırdı.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti