Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası prosedur səsverməsi zamanı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyib.
Konqresin aşağı palatasındakı səsvermə ABŞ-nin "C-SPAN" telekanalı tərəfindən canlı yayımlanıb.
Sənədin lehinə hazırkı dövlət başçısı Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının nəzarətində olan Nümayəndələr Palatasının 214 üzvü səs verib. 211 qanunverici sənədin əleyhinə çıxıb. Bu, amerikalı parlamentarilərə qanun layihəsinin qəbul edilməsi ilə bağlı yekun səsvermə keçirməyə imkan verir. Fox News telekanalının daha əvvəl bildirdiyi kimi, yekun səsvermə sentyabrın 16-da keçirilə bilər.
Söhbət əsas müəllifi iyulun 11-də vəfat etmiş amerikalı senator Lindsi Qrehem olan sənəddən gedir. Senator Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib. ABŞ Konqresinin Senatı bu qanun layihəsini avqustun 7-də təsdiqləyib. Nümayəndələr Palatası tərəfindən təsdiqlənəcəyi təqdirdə, qanun layihəsi imzalanması üçün Trampa təqdim olunacaq.