Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş ilə görüşüb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi sosial media hesabında yazıb.
"Görüş zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin gücləndirilməsi yolları, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Tərəflər həmçinin son regional inkişafları nəzərdən keçirib və onlarla bağlı fikir mübadiləsi aparıblar", - deyə o yazıb.