Bakı.Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Kol Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar aparmaq üçün Minskə gəlib.
Bu barədə Belarus KİV məlumat yayıb.
Lukaşenko ABŞ nümayəndə heyətini prezidentin rəsmi iqamətgahı olan Müstəqillik Sarayında qəbul edib.
Danışıqların mətbuata açıq keçən hissəsində Lukaşenko ABŞ nümayəndə heyəti ilə keçirilən görüşün həm Belarus cəmiyyətinin, həmdə region ölkələrinin liderlərinin diqqət mərkəzində olduğunu vurğulayıb.
“Bilirsiniz, biz istənilən məsələnin müzakirəsinə açığıq. Yeganə məsələ əldə etdiyimiz razılaşmalara ciddi şəkildə əməl etməyimizdir. Bu, sizin dediyiniz kimi, tələb deyil, sizə xahişimdir. İqtisadi əlaqələrimizə dair bir sıra razılaşmalar əldə etmişik”, - deyə Lukaşenko bildirib.
