Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin Qara dənizə təsirlərindən danışıb

Siyasət Xəbər 15 Sentyabr 2026 14:47 (UTC +04:00)
Hakan Fidan Rusiya-Ukrayna müharibəsinin Qara dənizə təsirlərindən danışıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya-Ukrayna müharibəsinin davam etməsi və son aylarda Qara dənizdə mülki gəmilərə qarşı hücumların artması bölgədə can, mal, naviqasiya və ətraf mühitin təhlükəsizliyinə ciddi zərər vurur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.

H.Fidan bildirib ki, C.Bayramovla görüşdə dörd il yarımdan artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi və onun regiona təsirləri nəzərdən keçirilib.

O qeyd edib ki, döyüşlər fasiləsiz davam etdiyi halda mülki itkilər və dağıntılar da təəssüf ki, hər keçən gün artır.

“Müharibədə yaşanan gərginləşmə Qara dəniz hövzəsinə də ciddi şəkildə təsir göstərir”, - deyə nazir bildirib.

H.Fidanın sözlərinə görə, müharibənin əvvəlindən Qara dənizi münaqişələrdən kənarda saxlamaq üçün böyük səylər göstərilib.

“Montrö Boğazlar Konvensiyasını ciddi şəkildə tətbiq etməyimiz və Qara Dəniz Taxıl Təşəbbüsünü həyata keçirməyimiz sayəsində bu məqsədimizdə son dövrə qədər uğurlu olduq”, - deyə o vurğulayıb.

Nazir bildirib ki, son aylarda Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar bölgədə insanların həyatına, əmlaka, gəmiçilik və ətraf mühitin təhlükəsizliyinə ciddi zərər vurur.

“Təəssüf ki, bu hücumlarda türk və Azərbaycan vətəndaşı olan dənizçilərimiz də həyatlarını itiriblər”, - deyə H.Fidan bildirib.

O, həlak olan dənizçilərə Allahdan rəhmət, onların yaxınlarına başsağlığı və səbir diləyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti