Bakı.Trend:
Çin ABŞ-ni kosmosda müharibəyə hazırlaşmağı dayandırmağa çağırıb.
CNA-nın məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ Kosmik Qüvvələrinin ilk dəfə orbitə silah yerləşdirdiyini təsdiqləməsindən sonra çərşənbə axşamı (15 sentyabr) keçirilən brifinqdə bildirib.
ABŞ Kosmik Qüvvələri bazar ertəsi orbitə düşmənin hücumlarından müdafiə olunmaq imkanına malik kosmosa nəzarət silahları yerləşdirdiyini açıqlayıb. Bununla belə, silahların xüsusiyyətləri barədə məlumat verilməyib.
Çin Xarici İşlər Nazirliyi bu addıma qarşı çıxaraq kosmosun silahlandırılmasının, onun döyüş meydanına çevrilməsinin və burada silahlanma yarışının yolverilməz olduğunu bildirib.
“ABŞ tərəfini hərbi imkanlarını genişləndirməyi və kosmosda müharibəyə hazırlaşmağı dayandırmağa çağırırıq”, - deyə Quo Jiakun deyib
