Təmayül sinifləri modeli daha geniş miqyasda davam etdiriləcək - Emin Əmrullayev

Cəmiyyət Xəbər 15 Sentyabr 2026 09:40 (UTC +04:00)
Təmayül sinifləri modeli daha geniş miqyasda davam etdiriləcək - Emin Əmrullayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilində təmayül sinifləri üzrə işlər daha geniş miqyasda davam etdiriləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, təmayül sinifləri bu il daha geniş miqyasda, 90 məktəbdə fəaliyyətə başlayır.

“Əvvəl bu, 14 məktəb idi. İnandığımız budur ki, bu model bir neçə mənada faydalıdır. Çünki həm şagirdlərin ehtiyaclarını nəzərə alır, həm valideynlərə müəyyən mənada dəstək olur. Eyni zamanda, bu tip siniflərdə şagirdlərin öz istək və arzularına uyğun təmayüllər üzrə təhsil alaraq daha yaxşı nəticələr göstərəcəklərinə ümid edirik”.

Nazir vurğulayıb ki, layihənin nəticələri uğurlu olarsa, gələcəkdə daha geniş miqyasda tətbiqi mümkün ola bilər.

“İnandığım budur ki, bu il və növbəti il — daha çox növbəti il bu layihənin qiymətləndirilməsini aparmaq daha düzgün olar — əgər nəticələr uğurlu olarsa, bu halda daha geniş miqyasda tam orta təhsil modelinə keçə bilərik.

Bir çox ölkələrdə belə model var. Şagirdlər 9-cu sinfi bitirdikdən sonra 10-cu, 11-ci sinifdə və yaxud tam orta təhsil 11-12 il davam edirsə, son iki ili artıq ixtisaslaşmış məktəblərdə oxuyurlar”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti