"Arsenal"ın sabiq idman direktoru Bolqarıstanda işləyəcək

İdman Xəbər 15 Sentyabr 2026 02:45 (UTC +04:00)
"Arsenal"ın sabiq idman direktoru Bolqarıstanda işləyəcək

Bakı. Trend:

"Arsenal"ın sabiq idman direktoru Edu Qaspar "Nottingem Forest"lə əməkdaşlığı vaxtından əvvəl başa vurduqdan sonra yeni işə başlayıb.

Braziliyalı funksioner Bolqarıstanın "Levski" (Sofiya) klubunun yenidən yaradılmış İdarə Heyətinin tərkibinə daxil olub. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Şuraya 5 nəfər daxildir. Klub Edunun idman strategiyası, futbolçuların seçilməsi, istedadların inkişafı və təşkilati strukturun qurulması sahəsindəki təcrübəsini qeyd edib. Eyni zamanda, "Levski" 48 yaşlı mütəxəssisin dəqiq hansı vəzifəni tutacağını və hansı funksiyaları yerinə yetirəcəyini hələlik açıqlamayıb.

​İdarə Heyətinin növbəti iclasında klubun sədri və icraçı direktoru seçilməlidir. "Levski" ötən mövsüm "Ludoqorets"in ardıcıl 14 çempionluq seriyasına son qoyaraq Bolqarıstan çempionu olub.

Xəbər lenti

Xəbər lenti