Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Cəmiyyət Xəbər 13 Sentyabr 2026 22:28 (UTC +04:00)
Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 14-də Yasamalda Transformator Məntəqəsində (TM) təmir, Xəzər rayonunda isə 6 kV-luq hava xəttində yenidənqurma işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, İslam Səfərli, Mirzə Cabbar Məmmədzadə Şıxəli Qurbanov, Ümid Əkbərov, Vasif Əliyev, Zaur Kərimov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Xəzər RETSİ-nə daxil olan Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, Abşeron və İzmir küçələrinin bəzi ərazilərində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti