Haland Mançester derbisində "Siti"yə qələbə qazandırıb - İngiltərə Premyer Liqası (VİDEO)

İdman Xəbər 13 Sentyabr 2026 21:57 (UTC +04:00)
Haland Mançester derbisində "Siti"yə qələbə qazandırıb - İngiltərə Premyer Liqası (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının 2026/2027 mövsümünün 4-cü turu çərçivəsində “Mançester Yunayted” və “Mançester Siti” komandaları qarşılaşıblar.

Derbidə “şəhərlilər” 1:0 hesabı ilə qalib gəliblər. Görüş Mançesterdəki “Old Trafford” stadionunda baş tutub. Oyunun baş hakimi Maykl Oliver olub.

Matçın 23-cü dəqiqəsində qonaqların yarımmüdafiəçisi Fil Foden Bruno Fernandeşə qarşı kobudluğa görə qırmızı vərəqə alıb. 60-cı dəqiqədə Erlinq Haland qarşılaşmadakı yeganə qolu vurub. Halandın zərbəsindən sonra yan xətt hakimi ofsayd qeydə alsa da, VAR-a baxıldıqdan sonra qol qeydə alınıb.

Haland Mançester derbilərində ən çox qol vuran futbolçu olub. O, derbilərdə 9 qolun müəllifidir. Bu göstəriciyə görə o, hərəyə 8 qol vuran Serxio Aqüero və Ueyn Runini geridə qoyub.

Bu oyundan sonra “Mançester Yunayted” 4 xalla APL turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Mançester Siti” isə 12 xalla ikinci sıradadır.

Növbəti turda “qırmızı şeytanlar” sentyabrın 20-də səfərdə “Fulhem”lə qarşılaşacaq, “şəhərlilər” isə həmin gün “Sanderlend”i qəbul edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti