Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Dünya xəbərləri Xəbər 13 Sentyabr 2026 20:55 (UTC +04:00)
Tramp Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırıb.

İrlandiyada keçirilən “Irish Open” qolf turnirini izləyən Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.

“Zelenski bir iş görməlidir. O, Rusiyada dizel yanacağı istehsal edən obyektləri sıradan çıxarmağı dayandırmalıdır. Başqa hədəflərə zərbə endirə bilər, lakin dizel yanacağına toxunmamalıdır, çünki bu, yanacaq qıtlığına səbəb olur”, – deyə ABŞ Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti